Alpinistlər harada axtarılır?

13 Yanvar, 2018 08:40 | Hadisə | Baxış sayı: 184
Axtarış
Axtarış

3 gəncin axtarışı hələ də davam edir

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayıb. Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları hələ də davam edir. 

Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edib. 

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır. 

Quba rayonda dağlıq ərazidə itkin düşmüş alpinistlər “Gilavar” idman klubunun üzvləridir. Bunlar 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadədir. Onlardan dekabr ayının 24-dən xəbər yoxdur.