Bakıda maşın vurmuş jurnalist öldü

12 Dekabr, 2017 17:50 | Hadisə | Baxış sayı: 201
Sabit Məmmədov - yolu keçərkən maşın vurmuş jurnalist
Sabit Məmmədov - yolu keçərkən maşın vurmuş jurnalist

O, bu gün gündüz saatlarında keçinib

Bakıda jurnalist yol qəzasında ölüb.

İstiPress Lent.az-a istinadən xəbər verir ki, dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında “Daewoo” markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il  təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub. Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.

Qeyd edək ki, Sabit Məmmədov (Emin Sabit imzası ilə yazırmış) "Təzadlar" qəzetinin əməkdaşıdır.