Azərbaycanda bələdiyyə üzvü özünü asdı

12 Dekabr, 2017 12:43 | Hadisə | Baxış sayı: 246
İntihar
İntihar

29 yaşlı gənc əvvəllər də intihara cəhd edib

Qusarda intihar hadisəsi baş verib. İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Hil kəndində 29 yaşlı İldırım Firudin oğlu Yarəliyev özünü yaşadığı evin həyətində ağacdan asıb.

Kənd bələdiyyəsinin üzvü olduğu deyilən Yarəliyevin intiharının səbəbləri rayon prokurorluğu araşdırır.

Rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyimiz xəbərə görə, İldırım Yarəliyev içki düşkünü olub, əvvəllər də bir neçə dəfə sərxoş halda intihar eləməyə cəhd edib, bu dəfə intihar edə bilib.