"Haqibis" Yaponiyanı dağıtdı VİDEO

12 Oktyabr, 2019 13:42 | Hadisə | Baxış sayı: 58
"Haqibis"
"Haqibis"

13 rayonun sakinlərinə xəbərdarlıq edilib

Yaponiyanı cənginə alan "Haqibis" qasırğası və onun səbəb olduğu yağışları səbəbindən ən yüksək - beşinci dərəcəli təhlükə səviyyəsi elan edilib.

Yapon sinoptiklərin məlumatına görə, "Haqibis"ə görə azı 7 mərkəzi prefekturada  təlükə elan edilib. Yerli sakinlərə məcburu evakuasiyanı gözləmədən xüsusi sığınacaqlara getmək barədə xəbərdarlıq edilib. 

Qasırğa keçdiyi yerlərə ciddi ziyan vurub. O, maşınları aşırıb, damları uçururb. Şəhərlərin küçələri su altında qalıblar. Fəlakətin görüntüləri sosial şəbəkələrdə də yayılıb. 

Məlumata görə, qasırğa paytaxt Tokioya yaxınlaşır. Bazar günü axşam saatlarında qasırğanın paytaxta çatacağı proqnozlaşdırılır. 

Tokionun mərkəzi hissəsindən keçən Tama çayının səviyyəsinin ətrafda yaşayan əhali üçün təhlükəli səviyyəyə çatması barədə xəbərdarlıq yayılıb. Çay boyunca yaşayan 13 rayonun sakinlərini hazır olmağa çağırıblar.

Həmin rayonlara Çofu ilə yanaşı Haçiyoci, Hino, Taçikava, Ome, Fuçu, Akişima, Kunişaçi, Fussa, Komae, Tama, Hamura və Akurino şəhərləri daxildir.