FHN Xəzərdə itən balıqçı üçün qonşu ölkələrə müraciət etdi VİDEO

12 Oktyabr, 2019 15:22 | Hadisə | Baxış sayı: 34
FHN-in xilasetmə
FHN-in xilasetmə

Balıqçıların kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb

Oktyabrın 8-də Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən verilən məlumata görə, hadisə ilə əlaqədar Qazaxıstan, Rusiya Fövqəladə Hallar Nazirlikləri və Türkmənistan Müdafiə Nazirliyinə müraciət olunub.

Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, 3 balıqçı itkin düşdükdən bir gün sonra sağ halda tapılmışdı.