Yekatrinburqa qar yağdı

12 Oktyabr, 2018 13:15 | Hadisə | Baxış sayı: 56
Qarlı hava
Qarlı hava

Qar bir neçə saata hər yeri ağ örtəyə bürüyüb

Rusiyanın Yekatrinburq vilayətinə ilk qar yağıb. Məlumata görə, qar yağışı səhər saatlarından başlayıb. Qısa müddətdə qazonlar, küçələr, evlərin damı ağ qarla örtülüb. Lakin bundan bir necə saat sonra gün çıxaraq bu qarı əridib. 

Azərbaycana da artıq ilk qar yağıb. Bu mövsümün ilk qarı ötən həftə ölkənin şimalına, Qubanın Xınalıq və Dalqaya kəndlərinə düşüb. Xınalığa 3-5, Dalqayaya isə 2-3 sm qar yağıb.