Badamdarda torpaq sürüşməsi başladı - ailələrə evlərini tərk etmək tapşırıldı

12 Oktyabr, 2018 13:38 | Hadisə | Baxış sayı: 159
Torpaq sürüşməsi
Torpaq sürüşməsi

Əvəllər tikilən istinad divarının yaxınlığında torpaq qatı çöküb

Səbail rayon İcra Hakimiyyəti Badamdar şosesində sürüşmə zonasında müşahidə olunan aktivliklə bağlı açıqlama yayıb. İH-dən verilən məlumata görə, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Vətəndaşların və Badamdar yolundan keçən avtonəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şosesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə yaxın obyektlərin fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Hazırda ərazıdə araşdırmalar aparılır.