Kafedə terror, 11 ölü

12 Oktyabr, 2017 09:00 | Hadisə | Baxış sayı: 35
Terror
Terror

İraqda kamikadze özünü partladıb

İraq yeni günə terror aktı ilə başlayıb. İstiPress-in məlumatına görə, kamikadze özünü kafelərdən birində partaladıb. Terror hadisəsi Ənbar vilayətində Hit şəhərində qeydə alınıb.

Hadisə nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb. Məlumata əsasən, terrorçu-kamikadze kafedə üzərindəki partlayıcı qurğunu işə salıb.