Dünyanın məşhur şüşə körpüsü çatladı - VİDEO

12 Oktyabr, 2017 14:01 | Hadisə | Baxış sayı: 215
 körpü
körpü

Körpüdə yerləşdirilmiş xüsusi effekt şüşənin çatlaması effektini yaradır və qısa həyəcana səbəb olur

Sosial şəbəkələrdə Çinin Böyük Janqciaci Kanyonunda yerləşən məşhur şüşəli körpünün "çatlamasını" əks etdirən videonun yayılması böyük müzakirələrə səbəb olub.

300 metr yüksəklikdə inşa edilmiş şüşə körpü turistlərin böyük marağına səbəb olub və hər gün xeyli sayda turist ekzotik körpünü görmək üçün buraya gəlir. 

Videonun yayılmasının ardınca yerli hökumət qurumları məsələyə aydınlıq gətiriblər. Məlum olub ki, yüksək keyfiyyətli və dözümlü şüşədən hazırlanmış körpünün müəyyən hissələrində xüsusi effektlər əks etdirən qurğular yerləşdirilib. Körpünün guya çatlaması isə bu zarafat məqsədli effektlərdən sadəcə biridir və bu, sadəcə turistlərin diqqətini çəkmək üçün quraşdırılıb.

Bildirək ki, körpü ötən ilin avqustunda istifadəyə verilib. Şüşə körpü iki dağ zirvəsini birləşdirir.