Sürpriz evlilik təklifi alan qız öldü

12 Sentyabr, 2019 16:39 | Hadisə | Baxış sayı: 223
Nişanlı cütlük
Nişanlı cütlük

Cütlük 3 ay sonra toy etməyə hazırlaşırdı

Sürpriz evlilik təklifi alan gənc qız öldü. Dəhşətli hadisə Türkiyədə baş verib. Konyada 26 yaşlı Fikrət Balkan sevdiyi qızı, nişanlısı 22 yaşlı Meltem Ertuncu gəzməyə çıxarıb. 

Cütlük 3 ay sonra etməyi planlaşdırdıqları toyları üçün alış-verişə çıxıblar. Alış verişdən sonra gənc oğlan sevdiyi qızı göl kənarına aparıb. Burada onun üçün gülləlrlə və şarlarla gəmi bəzətdirib. Burada ona sürpriz hazırlayaraq evlilik təklifi edib. 22 yaşlı gənc təklifi göz yaşları içində qəbul edib. 

Bundan sonra onlar geri qayıtmaq üçün Fikrətin idarə etdiyi maşına miniblər. Yolda 26 yaşlı gənc yatdığını düşündüyü nişanlısını oyatmaq istəyib. Lakin Meltem ona cavab verməyib. Narahat olan Fikrət dərhal maşını saxlayıb və nişanlısının nəfəs almadığını görüb.

Xəstəxanaya çatdırılan nişanlı qız heç bir müdaxiləyə cavab verməyib. İlkin yoxlama zamanı onun ürək tutmasından öldüyü müəyyən edilib.