Şəkili kişi dərman qurbanı oldu

12 Sentyabr, 2019 11:12 | Hadisə | Baxış sayı: 78
Dərman
Dərman

Həkimlər zəhərlənən şəxsi xilas edə bilməyib

Dərmandan zəhərlənən kişi xəstəxanada öldü. Bədbəxt hadisə Şəkidə baş verib. İstiPress-in yerli bürosunun məlumatına görə,  gecə saatlarında Şəkinin Aşağı Göynük kənd sakini 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.

Lakin göstərilən bütün yardımlara baxmayaraq o səhərə saat 06 radələrində vəfat edib.