Qışa hazırlıq görən xaçmazlı kişi özünü asdı

12 Sentyabr, 2019 10:11 | Hadisə | Baxış sayı: 214
İntihar
İntihar

3 qız atasının intihar səbəbi bilinmir

Xaçmazda intihar hadisəsi qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, rayonun Hacəlibəy kənd sakini, 57 yaşlı Süleyman Qonaqbəy oğlu Hüseynov özünü yaşadığı evin həyətində ərik ağacından asıb. Onun özünə qəsd etməsindən ilk olaraq həyat yoldaşı xəbər tutub. 

Hadisə yerində prokurorluq və polis əməkdaşları çağırılıb. Mərhumun hansı səbəbdən özünü öldürməsinin səbəbləri araşdırılır. Onun ikisi evli, 3 qızı var.

Yerli sakinlərin məlumatına görə, mərhum təsərrüfat işləri ilə məşğul olub. Son iki gündə mal-qarası üçün qış azuqəsi tədarük etməklə məşğul idi. 

Xaçmaz rayon prokurorluğunda CM-nin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.