Azərbaycanda 24 yaşlı qız əmisiylə ailə qurdu

12 Sentyabr, 2018 12:40 | Hadisə | Baxış sayı: 674
Toy
Toy

Üç uşaq atasından və yeni həyat yoldaşından qohumları imtina ediblər

Ötən ilin aprel ayında əmisinə qoşulub qaçdığı deyilən Gəncə sakini, 24 yaşlı Günel Səfərova ailə qurub. İstiPress-in "ölkə.az"a istinadla verdiyi məlumata görə, Səfərova elə əmisiylə Gəncənin Məhsəti qəsəbəsinin (Sevinc qəsəbəsi) yaxınlığında yaşayır. Mənbə bildirir ki, G.Səfərova mağazalardan birində satıcı işləyir, əmisi isə dəmir alveriylə məşğuldur.

Günel Səfərovanın əmisinin keçmiş həyat yoldaşı Həmidə Səfərova da Gəncədə yaşayır. Mənbənin sözlərinə görə, H.Səfərova "Dubay bazarı" adlanan yerin yaxınlığındakı gecəqondu məhəlləsində məskunlaşıb. 
Bildirilir ki, qohumların əksəriyyəti H.Səfərova və G.Səfərovadan imtina edib. 

Qeyd edək ki, ötən ilin aprelində Həmidə Səfərova mətbuata müraciət edərək, həyat yoldaşı Həsən Səfərovun 23 yaşlı qardaşı qızı Günel Səfərovayla qaçdığını bildirmişdi. H.Səfərov üç uşaq atasıdır.