Türkmənistandan Bakıya gələn bərədə terror planı

12 Sentyabr, 2017 12:47 | Hadisə | Baxış sayı: 215
Bərə
Bərə

İki qardaş sərnişin və yüklə dolu bərəni partlatmaq istəyib

Türkmənistandan Bakıya gələn gəmidə terror aktının qarşısı alınıb. İstiPress-in məlumatına görə, avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısını alınıb.

Məlumata görə, terror aktını törətməyə hazırlaşanlar ad və soyadları açıqlanmayan, Türkmənistan sakini olan iki qardaşdır.

Onlar Türkmənbaşı-Bakı reysini həyata keçirən "Bəxtiyar" bərəsinə partlayıcı qurğu yerləşdirmək istəyiblər. 

Qardaşlar müxtəlif yerlərə bilet alıblar. Onlar ayrı-ayrılıqda partlayıcı maddələri gəmiyə keçirərərk bərədəcə bombanı yığmağı planlaşdırıblar. Partlayış TÜrkmənistan sularında olmalı idi. 

Həmin gün bərə ilə 170 sərnişin və onlarla avtomobilin yola düşməsi nəzərdə tutulub. Onların arasında Türk şirkətlərinə məxsusu yük maşınları və onların heyətləri də olub.

"Türkmənistan xronika"sının məlumatına görə, xüsusi xidmət orqanları əvvəlcədən terror aktının planlaşdırılmasından xəbərdar olublar.