Şəkidə ərzaq mağazasında yanğın olub

12 Sentyabr, 2017 14:03 | Hadisə | Baxış sayı: 32
Yanğın
Yanğın

Yanğın zamanı xəsarət alan olmayıb

Şəkidə ərzaq mağazası yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən İstiPress-in Şəki-Zaqatala bürosuna bildirilib ki, sentyabrın 11-dən 12-ə keçən gecə Şəki şəhəri sakini Teymur Sadıqova məxsus, şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən ümumi sahəsi 32 kv/m olan ərzaq malları mağazasında yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyəti cəlb edilib.  Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları içərisindəki ərzaq malları ilə birlikdə yanıb. Mağazaya bitişik tikilən ümumi sahəsi 18 kv/m olan anbar və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.