Qubada məmurun bıçaqlanma səbəbi bilindi YENİLƏNİB

12 Sentyabr, 2017 10:08 | Hadisə | Baxış sayı: 411
Qandallanmış əllər
Qandallanmış əllər

Məmurla kənd sakini arasında torpaq üstündə dava düşüb

Qubada məmuru bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi bəlli olub. İstiPress-in Şimal Bürosunun məlumatına görə, Nizaməddin Əmrullayevi bıçaqlayan şəxs rayonun İkinci Nügədi kənd sakini Şakir Mədətovdur. O, yerli polis tərəfindən tutulub.

Hadisə elə həmin kənddə baş verib. İcra hakimiyyətinin şöbə müdirinin həmkəndlisi ilə torpaq sahəsi üstündə mübahisə etdiyi bildirilir. Bu barədə İkinci Nügədi kənd sakinləri İstiPress-in əməkdaşına məlumat veriblər.

Quba rayon prokurorluğunda araşdırma başlanılıb.

Saat 18:42

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev rayon ərazisində bıçaqlanıb. İstiPress-in Şimal bürosu xəbər verir ki, o, aldığı xəsarətlər səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması barədə Quba polis şöbəsindən hər hansı məlumat almaq mümkün olmadı.

Fakt araşdırılır.