"İrma" milyarderin "cənnəti"ni viran qoydu FOTOLAR

12 Sentyabr, 2017 10:57 | Hadisə | Baxış sayı: 198
Ricard Bransonun adası
Ricard Bransonun adası

Şəxsi adada evlər dağılıb, ağaclar aşıb

Karib dənizi sahili başda olmaqla ABŞ və bir çox ölkədə dağıdıcı təsirə malik olan "İrma" qasırğası məşhur milyarderə də ciddi ziyan vurub. İstiPress-in məlumatına görə, "İrma" Ricard Bransonun adasını da dağıdıb. 

Branson adasının son vəziyyətini sosial şəbəkədəki hesabından paylaşıb. Videoda evlərin dağıldığı, ağacların aşdığı aydın görünür. O, qasırğanın nə qədər dağıdıcı təsirə malik olduğunu bir daha nümayiş etdirib. 67 yaşlı milyarder Atlantik Okeandakı şəxsi adasında tez-tez məşhurları qonaq edirdi. 

Sinoptiklər öncədən qasırğanın onun adası olan istiqamətdən keçəcəyi barədə xəbərdarlıq etmişdilər. Lakin milyarder adanı tərk etməyib və sığınacaqda gizlənmişdi.  

Bənzər hadisə milyarderin başına bir neçə il öncə də gəlib. 90 yaşlı anası, uşaqları və Keyt Uinsletlə adasında dincələn zaman "İren" qasırğası başlayıb. O, qasırğaya ciddi yanaşmasa da, güclü külək və yağışın vurduğu zərər nəticəsində adanı yenidən inşa etməli olmuşdu.