Havada ölümlə burun-buruna

12 Sentyabr, 2017 12:26 | Hadisə | Baxış sayı: 511
Havada təhlükə
Havada təhlükə

Soyuqqanlı pilot sərnişinləri ölümdən xilas etdi

Türkiyənin ən böyük hava limanlarından olan Atatürk aeroportunda təhlükəli anlar yaşanıb. İstiPress-in məlumatına görə, Türk Hava Yollarının təyyarəsi toqquşma təhlükəsi keçirib. 

Sərnişin təyyarəsi Beyruta getmək üçün uçuş zolağına keçib. Bu zaman polis helikopteri enişə başlayıb. Bu zaman təyyarə ilə helikopter burun-buruna gəliblər. 

Helikopter hava nəqliyyatına nəzarət təlimatlarına zidd olaraq enişə başlayıb. Təyyarə ilə helikopter arasında 100 metr məsafə qalıb. Pilotların soyuqqanlılığı mümkün faciənin qarşısını alıb. 

"Airbus 330" təyyarəsi yüksəlməyə davam edərək toqquşmadan qaça bilib.