Yaşayış olmayan binada intihar etdi

12 Avqust, 2019 15:36 | Hadisə | Baxış sayı: 165
İntihar
İntihar

Mərhumun kimliyi dəqiqləşdirilir

Şabran şəhəri ərazisində naməlum kişi meyidi tapılıb. Məlumat daxil olan kimi rayonun hüquq-mühafizə orqanları hadisə yerinə gəlib.

İstiPress-in şimal bürosunun məlumatına görə, mərhumun təxminən 20 gün əvvəl yaşayış olmayan binada intihar etdiyi ehtimal edilir.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerindədir. Mərhumun kimliyi dəqiqləşdirilir.