Piyadanın ölümünə səbəb olan sürücü tutuldu

12 Avqust, 2018 11:32 | Hadisə | Baxış sayı: 50
Piyada ölümü (Arxiv)
Piyada ölümü (Arxiv)

Gəncə şəhərində piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

İstiPress-in məlumatına görə, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 1990-cı il təvəllüdlü Baxşıyeva Sahilə Zabit qızını "VAZ-2106" markalı avtomobillə vurub öldürən sürücü Əfqan Əliyev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma davam edir.