Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İstiPress-in məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı maşınla digər minik avtomobilinin toqquşması nəticəsində Salyan şəhər sakini, 1961-ci il təvəllüdlü Mənəfov Məhəmməd Yaqub oğlu, Hacıqabul rayon sakinləri - 1956-cı il təvəllüdlü Ağarəhimov Həsən Məmməd oğlu və onun 1957-ci il təvəllüdlü həyat yoldaşı Ağarəhimova Simuzər Canı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
İcra başçısı xəstəxanadakı yaralılara baş çəkib
Mühərrik hissəsində qısaqapanma olub
“1 manatlıq” taksiyə minibmiş
Əvvəllər məhkum olmuş şəxs cinayəti etiraf edib
Oğlunu dünyaya gətirən 19 yaşlı ana öldü