Avtomobil marketdən çıxan piyadanı vurdu

12 Avqust, 2018 12:36 | Hadisə | Baxış sayı: 69
VAZ 2106 - ARXİV
VAZ 2106 - ARXİV

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, 1969-cu il təvəllüdlü İsgəndər İsgəndərov Yeni Gəncə qəsəbəsindəki marketlərdən birinin önündən qarşı tərəfə keçərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.