Şamaxıda dəhşətli qəza: ölən və yaralananlar var

12 Avqust, 2017 15:44 | Hadisə | Baxış sayı: 138
Qəzaya uğrayan maşın
Qəzaya uğrayan maşın

Hadisə Nağarakənd kəndində baş verib

Şamaxı rayonunun Nağarakənd kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində Şamaxı rayonunun Nağarakənd kəndində şəhər sakini Arif Binyətov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb.

Qəza nəticəsində onun 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Səxavət Cəbiyev orada ölüb.