Qusarda 29 yaşlı gənc özünü asdı

12 Avqust, 2017 11:20 | Hadisə | Baxış sayı: 183
İntihar
İntihar

Onun meyiti yaşadığı həyətda tapılıb

Qusarda intihar hadisəsi baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hil kəndində olub.

Bakı şəhərində qeydiyyatda olan, kənddə yaşayan, 29 yaşlı Edqar Məhəmməd oğlu Mahmudovun özünü öldürməsi barədə məlumat səhər saat 6 radələrində Qusar polis şöbəsinin növbətçi hissəsinə daxil olub. Dərhal hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları onun yaşadığı evin qarşısındakı yarım tikilidən özünü asdığını görüblər.

Qusar prokurorluğunda ÇM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət  işi açılıb. 29 yaşlı Edqarın özünü öldürmə səbəbləri araşdırılır.