İki qatar toqquşdu - onlarla ölü var VİDEO

12 Avqust, 2017 07:48 | Hadisə | Baxış sayı: 121
Qatar qəzası
Qatar qəzası

Faciə Misirdə baş verib

Misirdə iki qatarın toqquşması faciəyə səbəb olub. İstiPress-isn məlumatına görə, hadisə ötən gün İsgəndəriyyə şəhərində olub. 

Qahirədən və Saida limanından gələn qatarların toqquşması nəticəsində son məlumata görə, 49 nəfər ölüb. Yaralıların sayı isə 120-dən çoxdur.

Ölkənin baş naziri İsmayıl Şərif  şəhər xəstəxanalarının gücləndirilmiş rejimdə çalışdığını və yaralılara tibbi yardım göstəriklərini deyib. 

Şəhər qubernatoru Məhəmməd Sultanın verdiyi məlumata görə, qəzaya səbəb maşinistlərdən birinin səhvi olub. Qəza zamanı bir necə vaqon reysdən çıxaraq aşıb. 

Qeyd edək ki, daha öncə 36 nəfərin öldüyü bildirilirdi.