Seleksiyaçı narkobaron tutuldu

12 İyul, 2018 20:17 | Hadisə | Baxış sayı: 143
Bu ölkədə marixuana çəkənlər həbs olunmayacaq
Bu ölkədə marixuana çəkənlər həbs olunmayacaq

Şabran şəhər sakini, 48 yaşlı Cəlal Ağayev narkotika üstündə tutulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, onun Çingiz Mustafayev küçəsində yaşadığı evin həyətində gizli yolla, hamıdan xəbərsiz 10 ədəd hind çətənəsi kolu yetişdirdiyi məlum olub. Cəlal Ağayevin evinə və həyətinə baxış keçirən Şabran polis şöbəsinin əməkdaşları onun evinin arxa hissəsində hind çətənəsi kolu yetişdirdiyini müəyyən edib və həmin kollar zərərsizləşdirilib.

Evinin həyətindəki yarım tikilidən isə 10 qramdan çox qurudulmuş marixuana tapılıb. Saxlanılan şəxs polislərə narkotik tərkibli bitkini və marixuananı özünün istifadəsi üçün becərib qulluq etdiyini və saxladığını etiraf edib. Şabran polis şöbəsində istintaq başlanılıb.