Şəhərin istisindən kəndə gedən qadının meyiti tapıldı

12 İyul, 2018 10:25 | Hadisə | Baxış sayı: 239
Meyit
Meyit

Sumqayıt sakini 4 gün əvvəl itmişdi

Sumqayıtdan istirahət üçün Xaçmaza gedən qadın öldü. İstiPress-in Şimal bürosunun məlumatına görə, iyulun 8-i axşam saatlarından itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakini Pəri Şıxvəliyevanın meyiti tapılıb. Qadının cansız bədəni Armudpadar kəndi ərazisində taxıl sahəsindən aşkar edilib.

Kənd sakinlərinin İstiPress-ə verdikləri məlumata görə, yaşlı qadının Armudpadar kəndi ərazisində evi olub. O, ailəsi ilə birlikdə Sumqayıtdan istirahətə gəlib.

Onun ölüm səbəbi və hanmsı şəraitdə öldüyü bəlli deyil. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda istintaq aparılır.