Bakıda yük maşını sərnişinlə dolu avtobusa çırpıldı, ölən var YENİLƏNİB, TƏFƏRRÜAT, FOTO

12 İyul, 2018 09:37 | Hadisə | Baxış sayı: 658
Qəzaya uğrayan avtobus
Qəzaya uğrayan avtobus

Yük maşının sürücüsü sükar arxasında yatıb

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 dövlət nömrə nişanlı yük maşını 10-TF-383 nömrəli sərnişin avtobusuna çırpılıb. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, hadisənin yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verdiyi ehtimal edilir. 

Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb. 

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Saat 09:22

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. İlkin məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Səhər saat 08 radələrində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu toqquşub. 

Ölən və xəsarət alanların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.