Ata qızına sataşan kişinin cinsi orqanını kəsdi VİDEO

12 İyul, 2018 11:52 | Hadisə | Baxış sayı: 536
Bıçaqlanan şəxs
Bıçaqlanan şəxs

Saxlanılan şəxs marketdə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib

Türkiyədə ata azyaşlı qızına sataşan şəxsin cinsi orqanını kəsib. Son günlərdə azyaşlı uşaqlara təcavüz hadisələri ilə tez-tez gündəmə gələn Türkiyədə manyak olduğu iddia edilən daha bir şəxs tutulub. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Ankarada baş verib.

Adı açıqlanmayan azyaşlı qız mağazada alış-veriş edərkən G.E adlı şəxsin əllə fiziki təmasına məruz qalıb. Bu bir neçə dəfə davam edib. Uşaq bu barədə atasına danışıb. 

Ata dərhal hadisə yerindəki təhlükəsizlik kameralarını izləyib və qızına sataşan xəsin axtarışına başlayıb. Axtardığı şəxsi isə alış-veriş mərkəzlərindən birinin qarşısında görüb. Hiddətlənmiş ata bıçaqla G.E-ni cinsi orqanından dəfələrlə bıçaqlayıb.

Yaralı dərhal xəstəxanaya aparılıb, ata isə polisə təslim olub.

Azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edən şəxs bir gün sonra məhkəmənin qərarı ilə həbsə göndərilib.