Quba-Bakı yolunda ağır yol qəzası olub - FOTO, YENİLƏNİB

12 İyul, 2017 11:56 | Hadisə | Baxış sayı: 192
Qəzaya uğrayan maşın
Qəzaya uğrayan maşın

Qəzaya yüksək sürət səbəb olub

Qubada avtomobilin aşması nəticəsində xəsarət alan sürücü ölüb.

İstiPress-in şimal bürosu xəbər verir ki, 1987-ci il təvəllüdlü Qismət Ağakişiyev xəstəxanada keçinib.

saat 10:52

Quba rayonu Vəl-vələ kənd sakini, 30 yaşlı Qismət Ağakişiyevin idarə etdiyi 90-FZ-930 dövlət nömrə nişanlı, Mersedes markalı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb.

İstiPress-in şimal bürosu xəbər verir ki, ağır kəllə-beyin xəsarətləri alan xəstə koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.