Cəlilabadda ata doğma övladını maşınla əzdi

12 İyun, 2019 08:57 | Hadisə | Baxış sayı: 70
Piyada vurulub
Piyada vurulub

Ata sükan arxasında olarkən 11 yaşlı oğlunu görməyib

Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib. Hadisə iyunun 11-i axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır. /report/