Bibiheybətdə dəhşətli qəza - maşın alışdı

12 İyun, 2019 09:16 | Hadisə | Baxış sayı: 129
Yanan maşın (Arxiv)
Yanan maşın (Arxiv)

Yüksək sürətlə gələn maşın reklam lövhəsinə çırpılıb

Bakıda ölümlə nəticələnən qəza baş verib. FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

Məlumata görə, qəzanı "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını törədib. Gecə saatlarındakı qəzadan sonra maşın yanmağa başlayıb. 

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir. 

Sükan arxasında olan şəxs isə dünyasını dəyişib. Qəzanın başvermə səbəbləri araşdırılır.