Bakı sakini evində təmir işləri apararkən yıxılaraq ölüb

12 İyun, 2019 20:35 | Hadisə | Baxış sayı: 108

Hündürlükdən yıxılaraq baş nahiyəsindən xəsarət alıb

Bakı sakini evində təmir işləri apararkən hündürlükdən yıxılması nəticəsində ölüb.

İstiPress-in məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 52 yaşlı Əsgərov Samid Zabil oğlu yaşadığı evdə təmir işi görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən xəsarət alıb və nəticədə vəfat edib.