Bakıda dəhşətli faciə - bir ailə yox oldu

12 İyun, 2018 08:40 | Hadisə | Baxış sayı: 594
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

"Kamaz" içində ata, ana və övlad olan "Jiquli"nin üstünə açıb

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə,  Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.