Azərbaycanlılar yaşayan rayonda yüzlərlə cücə şəhərə "hücum etdi" VİDEO

12 İyun, 2018 11:05 | Hadisə | Baxış sayı: 321
Cücə
Cücə

Quşçuluq fabrikinin işçiləri yumurtaları xarab bilərək zibilliyə atıblar

Gürcüstanda azərbaycanlıların daha çox yaşadığı Marneuli rayonunda əsl möcuzə baş verib. İstiPress-in məlumatına görə, şəhərdəki quşçuluq fabriklərindən birində inqubatora qoyulan yumurtalardan cücə əldə edilməyib. Fabrik əməkdaşları vaxtdan ötdüyü üçün yumurtaların xarab olduğunu düşünüb və yüzlərlə yumurtanı zibilliyə atıblar.

Şəhər meri Timur Abazovun sözlərinə görə, "xarab" yumurtalardan burada balalar çıxıb. Belə ki, gün şüaları cücələrin çıxması üçün münbit şərait yaradıb. Nəticədə eyni gündə yumurtadan çıxan yüzlərlə cücə şəhərin küçələrinə axın edib. 

Bəzi cücələr şəhər mərkəzinə kimi gedə biliblər. Marneulilər onlarla cücəni evlərinə apararaq xilas edə biliblər.