Azərbaycanda ana olmaq üçün xəstəxanaya gedən qadın öldü

12 İyun, 2018 09:28 | Hadisə | Baxış sayı: 555
Doğuş zamanı
Doğuş zamanı

25 yaşlı qadının körpəsi sağ qalıb

Siyəzəndə gecə saatlarında ana ölümü qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, şəhər sakini, 25 yaşlı Aytən Qasımova Siyəzən Müalicə Dioqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. 

Gənc qadın doğuş zamanı ölüb, dünyaya gətirdiyi qız uşağı isə salamat qalıb.

Mərkəzinin baş həkimi Dadaş Hümbətov İstiPressə məlumat verib ki, ölümün səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Onun sözlərinə görə, gənc ananın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsində tibbi ekspertizadan keçirilib. Baş həkim faktın araşdırıldığını söyləyib.

Siyəzən rayon prokurorluğunda Aytən Qasımovanın ölüm faktı ilə bağlı araşdırma başlanılıb.