Təyyarə qığılcım saça-saça enə bildi

12 May, 2019 15:10 | Hadisə | Baxış sayı: 130
Təyyarə
Təyyarə

Enişə başlayan hava gəmisinin ön təkərləri açılmayıb

Myanmada sərnişin təyyarəsi təhlükəli eniş edib. Milli Hava Yollarına aid "Embraer-190" təyyarəsinin ön təkərləri açılmayıb. Nəticədə hava gəmisi ancaq arxa təkərləri ilə eniş etməyə vadar olub. 

Eniş zamanı təyyarənin burun hissəsi zolağa sürtülüb və qığılcımlar yaranıb. Xişbəxtlikdən heç bir faciə baş verməyib.
Təyyarədə hadisə zamanı 82 sərnişin olub və onlardna heç biri yaralanmayıb.

Hava limanı rəsmisinin sözlərinə görə, qəza ilə bağlı olaraq "Boeing" və "Airbus"a məxsus böyük ölçülü təyyarələr bir müddət aeropordan istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, bənzər hadisə bir neçə gün öncə də baş verib. ”Biman Bangladesh Airlines” şirkətinə məxsus “DHC-8 Dash8” təyyarəsi uçuş zolağından kənara çıxaraq qəzaya uğrayıb. Banqladeş səfiri Məncurul Kərim Xan Çoudhurinin verdiyi məlumata görə, qəzaya təyyarə enərkən fırtına və yağış səbəbindən ön təkərlərin sıradan çıxması səbəb olub.