Rusiyada bina partladı, ölənlər var

12 May, 2019 11:55 | Hadisə | Baxış sayı: 72
Partlayış baş verən bina (arxiv)
Partlayış baş verən bina (arxiv)

Hadisəyə səbəb məişət qazı olub

Rusiyanın Rostov vilayətinin Kamensk rayonunda yaşayış binasında partlayış baş verib. Hadisəyə səbəb qaz olub. Partlayaış nəticəsində 2 nəfər ölüb, daha iki nəfər yaralanıb. Ölənlərdən biri azyaşlıdır. Qız təcili yardım maşınında keçinib. Digər ölən şəxsin meyiti isə hələ dağıntılar altındadır. 

Hadisə 2 mərtəbəli 16 mənzilli binada qeydə alınıb. Binanın dağıntılarında 23 texnika və 100-ə yaxın canlı qüvvə çalışır. 

Qəzadan sonra Rostov vilayətində fövqəladə vəziyyət elan olunub.