Motosiklet traktora çırpılıb, sürücü ölüb

12 May, 2019 14:24 | Hadisə | Baxış sayı: 38
Traktorlar
Traktorlar

Hadisə bu gün Neftçala rayonunda baş verib

Bu gün günorta radələrində Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayonun 1995- ci il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Soltanov Soltan Məhəmməd oğlu İkinci Qaralı kəndi ərazisində idarə etdiyi motosikletlə traktora çırpılıb.

Hadisəni törədən şəxs qəza yerində dünyasını dəyişib. Traktorun 1988-ci il təvəllüdlü sürücüsü Paşayev Əlisafa Ələkbər oğlu xəsarətsiz ötüşüb.