Bakıda 160 minlik lüks BMW aşdı

12 May, 2019 10:29 | Hadisə | Baxış sayı: 222
Aşan maşın
Aşan maşın

Bu maşın 3,3 saniyəyə 100 km/saat sürət yığa bilir

Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Sürətlə hərəkətdə olan "M5 Competition Package" markalı avtomobil döngəyə sərt girərək idarəetmədən çıxıb və nəticədə aşıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil.

"M5 Competition Package" yeni nəsil "BMW M5" avtomobillərdəndir. O, 3,3 saniyəyə 100 km/saat sürət yığmaq imkanına malikdir. Qiyməti 160 min dollar civarındadır.