Azərbaycanlıların çox olduğu avtobus uçuruma aşdı: 4 ölü, 22 yaralı

12 May, 2018 13:18 | Hadisə | Baxış sayı: 165

Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu deyilir

Türkiyənin əsasən azərbaycanlılar yaşayan Iğdır şəhərindən Gürcüstana gedən mikroavtobus Ardahan vilayətinin Çıldır - Aktaş yolunda irəliləyərkən Mozaret dağı ətrafında uçuruma aşıb.

İstiPress "Turkiye Gazetesi"nə istinadən xəbər verir ki, hadisə nəticəsində biri sürücü olmaqla 4 nəfər ölüb, 22 nəfər yaralanıb. Sürücü Ali Ekber Kumak da dünyasını dəyişib. Avtobus göydə uçaraq bir neçə dəfə fırlanıb.  

Avtobusda qalanlar isə səhiyyə işçiləri və polisin köməyi ilə çıxarılıb. Yaralılar Ardahan dövlət xəstəxanasına çatdırılıb.

Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu deyilir.