Qulinin qardaşı şikayətindən imtina edib

12 Aprel, 2018 17:15 | Hadisə | Baxış sayı: 86
Nadir Səlifov - Quli
Nadir Səlifov - Quli

Bir müddət öncə azadlığa buraxılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Müşfiq Səlifov Avropa Məhkəməsinə məktub göndərib.

İstiPress-in məlumatına görə, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. O bildirib ki, M.Səlifov barəsindəki hökmdən sonra Avropa Məhkəməsinə şikayət edərək Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib. Məhkəmə 2016-cı ildə kommunikasiya başlayıb, lakin daha sonra ərizəçi M.Səlifov məhkəməyə məktub göndərərək işin aparılmasında maraqlı olmadığını bildirib. Bu səbəbdən bu gün elan edilən qərarla məhkəmə işi siyahıdan çıxarılıb.

İttihama görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora 8 qadının gətirilməsinə nail olub. 

Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Nadir Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları cəlb etdiyi də qeyd olunur. 2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.