İtkin qadın hələ tapılmayıb - FOTO

12 Mart, 2019 18:58 | Hadisə | Baxış sayı: 174
İtkin qadın
İtkin qadın

Yeddi ay qabaq yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

Qusarda 7 ay qabaq itkin düşmüş qadın hələ tapılmayıb. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Lalə Bağırova - itkin qadın
Lalə Bağırova - itkin qadın