Ehtiyatsızlıqdan çaya yıxılıb suda boğuldu

12 Mart, 2019 20:13 | Hadisə | Baxış sayı: 94
Suda boğulan
Suda boğulan

Xilasedicilər cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Lənkəran rayonunda 45 yaşlı kişi çayda boğulub.

İstiPress-in məlumatına görə, hadisə Veravul çayında qeydə alınıb. 

İlkin məlumata görə, 1974-cü il təvəllüdlü Şamu Hacıbala oğlu Hacıyev ehtiyatsızlıqdan çaya yıxılıb və suda batıb. Xilasedicilər onun cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.