Bakıda gənc müəllimə dərs vaxtı öldü

12 Mart, 2019 15:29 | Hadisə | Baxış sayı: 192
Gülnar Əliyeva
Gülnar Əliyeva

Ona kömək edilməsi üçün təcili yardım çağırılsa da, xilas etmək mümkün olmayıb

Bakıda orta məktəbdə çalışan 22 yaşlı gənc müəllimə qəfil dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə mərhumun tanışları sosial şəbəkədə məlumat yayıblar. 

Xəbərə görə, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dərs prosesi zamanı halı pisləşib.

Ona kömək edilməsi üçün təcili yardım çağırılsa da, gizli infarkt keçirən gənc qadını xilas etmək mümkün olmayıb.

5 ayın gəlini olan müəllimənin təzyiq xəstəsi olduğu məlum olub.