Kamil Zeynallıya 10 sutka verildi - YENİLƏNİB

12 Mart, 2019 14:11 | Hadisə | Baxış sayı: 344
Kamil Zeynallı
Kamil Zeynallı

O, xırda xuliqanlıq maddəsi ilə ittiham edilir

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir. 

12:23

Polis idmançı Kamil Zeynallını saxlayıb. K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, K.Zeynallı müğənni Gülay Zeynallının həyat yoldaşıdır. /report/