Xəstəxanada yeni doğulan uşağa qarşı vəhşilik VİDEO

12 Mart, 2018 11:45 | Hadisə | Baxış sayı: 262
Körpə
Körpə

Tibb bacıları işdən qovuldu, diplomları ləğv edildi

Doğum evində yeni doğulan köpənin başına oyun açdılar. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, insanı dəhşətə salan görüntülər Səudiyyə Ərəbistanında - Taif şəhərində lentə alınıb. Xəstəxanada lentə alınan görüntülər ölkə miqyasında qalmaqala səbəb olub. 

Belə ki, xəstəxanadakı tibb bacılarından biri yeni doğulan uşağın başını, üzünü əlləri ilə əzir, onun üzünün ifadəsini dəyişir. Onlardan biri körpəyə əziyyət verərkən başqası da onu lentə alır. Kənardan gülüş səsləri də aydın eşidilir. Tibb bacısına müdaxilə edən isə olmur.

Video uşaq bağırsaq infeksiyası ilə müalicə almaq üçün 10 gün müddətində xəstəxanada qalarkən çəkilib. 

Xəstəxana dərhal araşdırmaya başlayıb, videonu çəkən, körpəyə əziyyət verən tibb bacıları tapılaraq işdən çıxarılıblar. Onların diplomları da əllərindən alınıb. Bundan sonra tibb bacıları heç bir tibb müəssisəsində çalışa bilməyəcəklər.