İbadətə gələnləri ildırım vurdu, ölənlər var

12 Mart, 2018 16:20 | Hadisə | Baxış sayı: 152
Şimşək
Şimşək

Hadisə Ruandada olub

Ruandada kilsəni ildırım vurub. İstiPress-in AFP-yə istinadla verdiyi məlumata görə, hadisə ölkənin cənubundakı Nyaruquru vilayətində qeydə alınıb. 

Şəhər merinin sözlərinə görə, faciə kilsədə dini ibadət ayini keçirilən zaman olub. İldırım düşməsi nəticəsində 14 nəfər yerindəcə ölüb. İki nəfər isə ağır travmalarla yerləşdirildikləri xəstəxanada keçinib.

Yaralıların sayı isə 140 nəfərə yaxındır. Bəzilərinin vəziyyəti kritik olduğu üçün ölü sayının artacağı istisna edilmir. 

Yerli mətbuatın məlumatına görə, bu hadisədən bir gün öncə də bir qrup şəhər sakinini ildırım vurub. Küçədə dayandırları yerdə ildırım üzərlərinə düşən tələbələrdən üçü xəstəxanalıq olub.