Eniş edə bilməyən təyyarə yerə çırpıldı FOTO

12 Mart, 2018 15:55 | Hadisə | Baxış sayı: 211
Qəzaya uğrayan təyyarə
Qəzaya uğrayan təyyarə

Sutkanın ikinci təyyarə qəzası xəbəri Banqladeşdən gəldi

Banqladeşdə təyyarə qəzası baş verib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, özəl "US-Bangla" şirkətinə məxsus olan hava gəmisi enişə başladığı zaman qəzaya uğrayıb. Qəza Katmandu hava limanı yaxınlığında qeydə alınıb. 

Yerli mətbuatın məlumatına görə, təyyarə eniş zolağına daxil ola bilməyib. Bunun əvəzində isə o yaxınlıqdakı futbol meydançasına çırpılıb. Qəzadan dərhal sonra yanğın başlayıb. 

Yanan hava gəmisində 71 nəfər olub. Onlardan dördü heyət üzvləridir. AFP-nin məlumatına görə, təyyarədəki sərnişinlərdən 38 nəfəri ölüb, daha 23 nəfər isə yaralıdır. "Reuters" isə ölü sayını 50 nəfər kimi təqdim edib. 

"Bombardier Dash 8 Q400" tipli təyyarə 17 il istismar edilib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. 

Xatırladaq ki, bu bir sutka ərzində baş verən ikinci təyyarə qəzasıdır. Ötən gün içərisində türkiyəli iş adamının qızının da olduğu təyyarə Dubaydan qayıdarkən Tehran yaxınlığında qayalara çırpılmışdı. Nəticədə 11 nəfər ölüb. Təyyarə "Başaran" şirkətinə məxsusu olb. Şirkət rəhbərinin qızı rəfiqələri ilə Dubayda subaylığa vida partisi keçirib. Qəza onlar Türkiyəyə qayıdarkən baş verib.