COVID-19 ən böyük bankı da vurdu

12 Fevral, 2020 12:47 | Hadisə | Baxış sayı: 46
Çinli
Çinli

İşçilərə evdən çalışmaq icazəsi verilib

Koronavirus dünyanı qorxu içərisində saxlamağa davam edir. İçərisində yüzlərlə insanın olduğu turist gəmisindən sonraa, indi də Sinqapurun ən böyük banklarındna birində virus aşkar edilib. DBS banakı dərhal binadakı 300 adam təxliyyə edib. İşçilərə evdən çalışmaq icazəsi verilib.

Bu barədə bankın Sinqapur üzrə rəhbəri Tse Koon Şee bildirib. "DBS Asia Central"ın 43-cü mərtəbəsində koronavirusa yoluxma aşkar edilib. Bunu təsssüflə deyirəm.

Tədbir məqsədi ilə 43-cü mərtəbədəki bütün işçilər təxliyyə ediliblər. Onların evdən işləməsi barədə qərar verilib".

Xatırladaq ki, Sinqapur Çindən sonra ən çox yoluxma qeydə alınan ölkədir. Burada 47 nəfər ən qorxulu virusun - COVID-19 daşıyıcısına çevrilib.